Azərbaycanlı jurnalist ürəktutmadan vəfat etdi

azerbaycanli-jurnalist-urektutmadan-vefat-etdi
Oxunma sayı: 3474

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Aişə Axundova dünyasını dəyişib. 

“Qafqazinfo” Unikal.az-a istinadən xəbər verir ki, infarkt keçirən jurnalist xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Aişə Axundova uzun müddətdir AZƏRTAC-da müxbir-tərcüməçi kimi çalışıb.