Azərbaycanlı “qanuni oğru”ya 10 il həbs verildi

Azərbaycanlı “qanuni oğru”ya 10 il həbs verildi
Oxunma sayı: 4384

Belarusun Minsk rayon məhkəməsi azərbaycanlı “qanuni oğru”, kriminal aləmdə “Rəşad Gəncinski” ləqəbi ilə tanınan Rəşad İsmayılovu 10 il müddətinə azadlıqdan məhrum edib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Sputnik Belarus” xəbər verib.

Xatırladaq ki, o, ötən ilin noyabrında iki yaxın adamı ilə bərabər silah və narkotiklərin qanunsuz dövriyəsinə görə saxlanılmışdı. Onun Minsk şəhərində kirayələdiyi evdə və avtomobildə “Makarov” və “TT” silahları, 14 ədəd güllə, 5,8 qram həşiş aşkarlanmışdı. R. İsmayılovun Rusiyaya məxsus saxta sənədlə sərhədi keçdiyi bildirilmişdi.

İkinci təqsirləndirilən şəxs, İsmayılovun sürücüsü, üzərində tapanca və patronlar tapılan Belarus vətəndaşı 8 il müddətinə, üzərində narkotik tapılan üçüncü şəxs isə 6 il müddətinə azadlıqdan məhrum edilib. Onların adları açıqlanmır.

Qeyd edək ki, həbs edilən Rəşad İsmayılov “Lotu Quli” ləqəbi ilə tanınan azərbaycanlı “qanuni oğru” Nadir Səlifova ən yaxın şəxslərdəndir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi