“Azercell” qalmaqallı reklam roliki ilə bağlı məlumat yaydı

azercell-qalmaqalli-reklam-roliki-ile-bagli-melumat-yaydi
Oxunma sayı: 689

“Qafqazinfo”nun məlumatına görə, “Azercell Telekom” MMC sözügedən məsələ ilə əlaqədar belə bir açıqlama vermədiyini, şirkətdə istinad olunan adda struktur bölməsi və vəzifəli şəxs olmadığını vurğulayıb: “Eyni zamanda bildiririk ki, həmin reklamın yayımının dayandırılması ilə əlaqədar inzibati orqanlardan “Azercell Telekom” MMC-yə heç bir tələb daxil olmayıb. Sözügedən reklam kampaniyasının telekanallarda yayımı və reklam löhvələrində nümayişi kampaniyanın müddəti 20.12.2012-ci ildə bitdiyi üçün əvvəlcədən planlaşdırılmış qrafikə uyğun olaraq yeniləri ilə əvəz olunub”.

Qeyd edək ki, aktyorlar Rəfael və Coşqunun “Azərcell”in reklam klipində qadın paltarında çıxış etmələrinə etiraz edən millət vəkili Fazil Mustafa Bakı Şəhər İcra Hakimiyyəti Başçısına müraciət etmişdi. Onun müraciətinə isə Reklam və İnformasiya İdarəsinin rəis əvəzi Əli Əsgərovun imzası ilə 29 dekabr 2012-ci il tarixdə cavab məktubu gəlmişdi.