“Azeri Light” yenidən bahalaşdı

azeri-light-yeniden-bahalasdi
Oxunma sayı: 2481

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti növbəti dəfə bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,51 ABŞ dolları və ya 0,6% artaraq 88,02 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, ötən gün neftimiz 87,51 ABŞ dollarına ticarət edilib.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15.81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149.66 ABŞ dolları təşkil edib.