“Azərlotereya şans karvanı” ölkə boyu yola çıxır

azerlotereya-sans-karvani-olke-boyu-yola-cixir
Oxunma sayı: 969

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” bu dəfə fərqli formatda görüşünüzə gəlir.

“Şans karvanı” adlı yay kampaniyası çərçivəsində ölkəmizin 30-dan çox şəhər və rayonunda böyük əyləncə və həyəcan dolu anlar yaşanacaq.

“Şans karvanı”nın ilk istiqaməti şimal zonasınadır. 9 iyulda Siyəzəndən başlayacaq “Şans karvanı”nın növbəti tədbir nöqtələri Şabran, Xaçmaz, Quba və Qusarda olacaq.

Sizə yaxın bölgədəki tədbirə gələrək bir-birindən maraqlı “Beşdə 5”, “4+4” və “Super Keno” kimi tirajlı oyunlarda 1 000 000 manatadək qazanma şansı əldə edə bilərsiniz. Həmçinin karvan boyu musiqili və əyləncəli tədbirlərdə sizi bol-bol oyunlar və hədiyyələr gözləyir.

Ölkəmizi qarış-qarış dolaşacaq “Şans karvanı” haqqında daha ətraflı rəsmi internet və sosial media səhifələrindən məlumat əldə edə bilərsiniz.