“Qafqazinfo” xəbər verir ki, bu barədə “SOCAR”da İdarəetmə strukturunun təkmilləşməsi və optimallaşması məsələlərinı dair mətbuat konfransında şirkətin Rejim və İnformasiya Texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov deyib. O bildirib ki, SOCAR-ın 24 dekabr 2014-cü il tarixli əmri ilə “Azərneftyağ” neft emalı zavodunun 1 yanvar 2015-ci il tarixdən Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna qoşulmaqla fəaliyyətinə xitam verilib:
"2006-cı ildən başlayaraq SOCAR öz işini beynəlxalq standartların tələbləri çərçivəsində qurur. Bu tələblərdən biri də struktur çevikliyinin həyata keçirilməsidir".
Tədbirdə həmçinin qeyd edilib ki, böyük ixtisarlar nəzərdə tutulmayıb:
"İxtisarlar “Azərneftyağ”da çalışan fəhlələrə aid edilməyəcək. Onlar Bakı Neft Emalı Zavoduna köçürüləcək. “Azərneftyağ”da və Bakı Neft Emalı zavodunda ayrılıqda 198 rəhbər şəxs var. İxtisarlar onlar arasında aparılacaq. Ədalətli, şəffaf şəkildə layiqli namizəd seçiləcək".
***
Dünya bazarında neftin qiymətinin ucuzlaşmasının Azərbaycana təsiri ilə bağlı da vitse-prezident danışıb: “Bunun SOCAR-a təsiri o qədər də böyük olmayacaq. Çünki biz nefti daha çox daxili tələbatın ödənilməsinə yönəldirik. Neftin qiymətinin düşməsindən daha əvvəl, 2 il olar ki, şirkət təsərrüfat xərclərini azaldıb. Əgər dünya bazarında neftin qiyməti 60 dollar səviyyəsində stabil olaraq qalacaqsa, şirkətin itkisi 400 milyon dollar ola bilər. Bu da SOCAR üçün elə də böyük itki və təhlükə sayılmır”.
Səidə
Son xəbərlər
Son Xəbərlər