AzTV-nin işçisi oğlunun intiharından danışdı- - Yenilənib

aztv-nin-iscisi-oglunun-intiharindan-danisdi-
Oxunma sayı: 6572



AzTV-nin Gürcüstan müxbiri Şahismayıl Şəmmədoğlu oğlunun intiharından danışıb. 
"Qafqazinfo" xəbər verir ki, o, aznews.az-a açıqlamasında oğlunun intiharı ilə bağlı yayılan məlumatı təsdiq edib: “Bəli, təəssüf ki, belə bir hadisə baş verib. Amma indi bu barədə geniş danışa bilmirəm, sonra danışarıq. Məclisdəyəm, işdi də olub".

Qeyd edək ki, bu barədə məlumatı “publika.az” yayıb. Məlumata görə, Şahismayıl Şəmmədoğlunun Qardabani rayonunda yaşayan oğlu özünü tapançayla vurub. Onun bundan əvvəl valideynlərinə mesaj yazdığı bildirilir. İntiharın səbəbləri məlum deyil. Hadisə baş verən gün gəncin valideynləri Bakıda olublar. İntihar edən şəxs Türkiyədə təhsil alırmış. 
 
Xatırladaq ki, Şahismayıl Şəmmədoğlu bir neçə il əvvəl Gürcüstan prezidentinin sərəncamı ilə “Şərəf” ordeninə layiq görülüb.

***

APA-nın məlumatına görə, 19 yaşlı Azər Şahismayıl oğlu Məmmədov yanvarın 3-də özünü güllələyib.

Yanvarın əvvəlində İstanbuldan qayıdan Azər dostları ilə Dmanisinin Dunus kəndində yeyib-içdikdən sonra Qardabaniyə gəlib. Tələbə dostlarını Bakıya yola saldıqdan sonra Azər evə qayıdıb və otağa girib qapıları bağlayaraq özünü öldürüb. Mərhumun atası Şahismayıl Məmmədov açıqlamasında bildirib ki, oğlu 12 səhifəlik məktub yazaraq bildirib ki, bu dünyada yaşamaq istəmir: "O, belə bir cəmiyyətdə və zəmanədə yaşamaq istəmədiyini və narazılığını bildirib".

Bu gün Azər Məmmədov Qardabaninin Kosalı kəndində torpağa tapşırılıb.