“Azvirt MMC”dən qardaş Türkiyəyə dəstək

azvirt-mmcden-qardas-turkiyeye-destek
Oxunma sayı: 3869

“AzVirt” MMC Türkiyədə baş vermiş güclü zəlzələdən zərər çəkən insanlara kömək məqsədilə qardaş ölkəyə ən zəruri vasitələrdən ibarət humanitar yardım göndərib.

Şirkət bu məqsədlə zəlzələ ərazisində daha çox ehtiyac duyulan material və avadanlıqlar - generator, elektrik qızdırıcısı, projektor, əl fənəri, əlcək, yataq ləvazimatı, isti geyimlər və s. ilə dolu yük avtomobilini Türkiyəyə yola salıb. Bundan əlavə, müvafiq bankda yardım üçün yaradılan hesaba maliyyə yardımı da edilib.

“AzVirt” MMC güclü zəlzələ nəticəsində çoxsaylı insan təlafatı ilə qeydə alınan faciə ilə bağlı qardaş Türkiyə dövlətinə və xalqına, o cümlədən həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, zəlzələnin nəticələrinin qısa vaxtda aradan qaldırılmasını arzulayır.