Azyaşlıya qarşı əxlaqsız hərəkətlər etdi - Saxlanıldı - Video

azyasliya-qarsi-exlaqsiz-hereketler-etdi
Oxunma sayı: 8309

Nərimanov rayonunda yaşayış binalarından birinin girişində azyaşlıya qarşı əxlaqsız hərəkətlərin edilməsi barədə polisə məlumat daxil olub.

“Qafqazinfo” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Nərimanov RPİ-nin keçirdiyri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Maksim Məmmədov saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, o, əvvəlcə azyaşlını izləyib. Daha sonra binanın girişində yaxınlaşaraq ona qarşı əxlaqsız hərəkətlər edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə M.Məmmədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu şəxsin analoji əməllərindən zərər çəkən başqa şəxslər polis orqanlarına müraciət edə bilərlər.