Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır

babek-prospektinden-ag-sehere-daxil-olan-yol-baglanir
Oxunma sayı: 2242

Aparılacaq tikinti işləri ilə əlaqədar olaraq, bu gündən etibarən Bakı şəhəri, Xətai rayonu, Babək prospektindən Xəqani Rüstəmov küçəsinədək olan hissədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, hərəkətin məhdudlaşdırılması tikinti işləri bitənədək qüvvədə olacaq.

Sürücülər alternativ olaraq Süleyman Vəzirov küçəsindən istifadə edə bilərlər.