Bakı metrosunda sərnişin öldü

baki-metrosunda-sernisin-oldu
Oxunma sayı: 15843

Bakı metrosunda ölüm faktı qeydə alınıb.

Bu barədə “Qafqazinfo”ya “Bakı Metropoliteni” QSC-dən bildirilib:

“Bu gün saat 18:30 radələrində “Nərimanov” stansiyasında 60-65 yaşlarında kişi sərnişin dünyasını dəyişib.

Sərnişin özünü pis hiss etdiyi üçün dərhal təcili tibbi yardım çağırılıb, ilkin yardım göstərilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb”.