Bakı metrosunda yeni qatarlar - Fotolar

baki-metrosunda-yeni-qatarlar
Oxunma sayı: 6377

Bu gün Bakı Metropolitenində hər biri 5 vaqondan ibarət olan müasir tipli daha 4 yeni qatar xəttə buraxılıb.

“Qafqazinfo” xəbər verir ki, kondisioner və mikroiqlim nəzarəti sistemi ilə təchiz edilmiş yeni qatarlar, əsasən, “Həzi Aslanov-Dərnəgül” sahəsi boyunca hərəkət edəcək.

Yeni qatarların qapılarının əvvəlki vaqonlardakından daha enli olması sərnişinlərin minib-düşmə intensivliyinə xüsusi təsir edir. Uşaq və əlil arabaları, iri yüklər üçün nəzərdə tutulmuş sahələr, ayaq üstə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar da sərnişinlərin rahatlığını artıran yeniliklərdəndir. 

Bu il gətirilmiş vaqonların qapı meydançasında da ayaq üstə dayanan sərnişinlərin rahatlığı üçün tavana bərkidilmiş tutacaqlar quraşdırılıb. Eyni qayda ilə çoxfunksiyalı zonalarda da fərdi tutacaqlar da qoyulub.

Bununla da, Bakı Metropolitenində müasir standartların tələblərinə uyğun gələn vaqonların sayı 95-ə çatıb. 

Fotolar: Nuran Məmmədov