Bakı metrosunun baş mühəndisi işdən çıxarıldı - Yeni təyinat

baki-metrosunun-bas-muhendisi-isden-cixarildi
Oxunma sayı: 1938

“Bakı Metropoliteni” QSC-nin istismar üzrə baş mühəndisi Azad Mustafayev vəzifəsindən azad edilib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, onun yerinə Namiq Yusubov qurumun baş mühəndisi təyin olunub.

Qeyd edək ki, N.Yusubov bundan öncə metropolitendə İstehsalat texniki şöbəsinin rəisi vəzifəsini tutub.

A.Mustafayev isə 2019-cu ildə “Bakı Metropoliteni” QSC-nin sabiq sədri Zaur Hüseynovun Əmri ilə qurumda istismar üzrə baş mühəndisin müavini kimi fəaliyyətə başlayıb. 2023-cü ildə isə QSC-nin istismar üzrə baş mühəndisi təyin edilib.