Bakıda ağır yol qəzası, ölən var - Foto

bakida-agir-yol-qezasi-olen-var
Oxunma sayı: 12620

Bu gün saat 21:14 radələrində paytaxtda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə "Qafqazinfo"ya Baş DYP İdarəsindən məlumat verilib.

Hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb. Belə ki, “VAZ 2107” markalı nəqliyyat vasitəsi iki “Mercedes” markalı nəqliyyat vasitələri ilə toqquşaraq aşıb. Toqquşma nəticəsində “VAZ 2107” markalı avtomobildə baş vermiş yanğın zamanı sürücü hadisə yerində həlak olub.

Faktla bağlı araşdırma aparılır.