Gəncədə 34 yaşlı kişi bıçaqlandı - Saxlanılan var+Yenilənib

gencede-34-yasli-kisi-bicaqlandi
Oxunma sayı: 670

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində olub.

Belə ki, kəsici alətdən xəsarət alan Daşkəsən rayon sakini 1992-ci il təvəllüdlü Ramil Hüseynov şəhərin tibb müəssisələrindən birinə yerləşdirilib.

Onun kimin tərəfindən və ya hansı şəraitdə bıçaqlanması hələ ki, məlum deyil.

Polis əməkdaşları hadisə ilə bağlı araşdırma aparır.

***

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində R. Hüseynova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 22 yaşlı Şahmurad Kazımov saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Yunis Quliyev