Bakıda artıq “Ukrayna kitab rəfi” var

bakida-artiq-ukrayna-kitab-refi-var
Oxunma sayı: 1547

Ukraynanın birinci xanımı Yelena Zelenskayanın təşəbbüsü ilə həyata keçirilən bu layihənin təqdimatı yarandığı gündən Azərbaycanda ukrayna dilinin yayılması və təbliği ilə məşğul olan Mədəniyyət Mərkəzinin binasında keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Bakıdakı ilk Ukrayna kitab rəfində həm Ukrayna klassik ədəbiyyatının xəzinələri, həm də elmi və tədris xarakterli uşaq ədəbiyyatı var.

Kitab rəfinin oxucuları elə ilk gündən icmamın nümayəndələri, eləcə də fevralın 24-dən sonra Azərbaycana gələn ukraynalı uşaqlar olub.

Kitab rəfi icmanın fəallarının yaradıcı ideyalarının həyata keçirildiyi məkana çevrilib. Belə ki, yaradıcı Klymenko ailəsi Sergiya və Nadia, eləcə də onların kiçik oğlu Markın uşaq şeirləri toplusunu özündə əks etdirən “Veseloped” uşaq kitabını Ukrayna Mərkəzinə təqdim edərək hədiyyə edib.

Tədbirdə Ukrayna səfiri Vladislav Kanevskinin həyat yoldaşı Lyudmila Grebenichenko, Ukraynanın Azərbaycan Respublikasındakı Fəxri Konsulu Mehrəli Qasımov, Ukrayna Mərkəzinin direktoru Oleksandr Klassen, Ukrayna Mərkəzinin Şamaxı Regional Filialınım rəhbəri Rüstəm İsgəndərli və ukrayna icmasının fəalları iştirak edib.