Bakıda avtobus piyadanı vurub öldürdü

bakida-avtobus-piyadani-vurub-oldurdu
Oxunma sayı: 2143

Xətai rayonu ərazisində avtobus piyadanı vurub. 

“Qafqazinfo” xəbər verir ki, qəza mayın 28-də saat 12 radələrində qeydə alınıb. 

Bakı şəhər sakini E.Bağırov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə yolu keçən paytaxt sakini Fikrət Qurbanovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.