Bu gün Bakının Yeni Günəşli qəsəbəsində zəncirvari yol qəzası olub.
“Qafqazinfo” xəbər verir ki, hadisə vaxtı marşrut avtobusu və 5 minik avtomobili toqquşub. Nəticədə qəzaya uğrayan avtobus yoldan çıxaraq səkiyə doğru istiqamətləniblər.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
***
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru Rüstəm Əhmədli açıqlamasında bildirib ki, hadisə bu gün saat 14:00-da baş verib:
“İlkin məlumata əsasən, hadisə nəticəsində altı nəqliyyat vasitəsinə ziyan dəyib. Belə ki, 50 nömrəli xətt üzrə hərəkət edən avtobus digər beş nəqliyyat vasitəsinə çırpılıb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb”.
Son xəbərlər
Son Xəbərlər