Bakıda binada yanğın oldu, xəsarət alan var

bakida-binada-yangin-oldu-xesaret-alan-var
Oxunma sayı: 1338

BakınınYasamal rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 48 m² olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları 1 m² sahədə yanıb.

"Qafqazinfo" xəbər verir kİ, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, yüksək temperaturdan 1 ədəd kondisioner qismən əriyib. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.