Bakıda bir gündə 3 intihar hadisəsi

bakida-bir-gunde-3-intihar-hadisesi
Oxunma sayı: 4291

Bakıda intihar hadisəsi baş verib.

Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə Səbail Rayon Prokurorluğundan məlumat verilib.

Hadisə rayonun İbrahim Xəlil küçəsi, 16 saylı mənzildə baş verib. Həmin mənzildə yaşayan 1993-cü il təvəllüdlü Şirvanov Samid Arif oğlu özünü yaşadığı evin giriş qapısından asaraq intihar edib.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

 ***

Bakıda daha bir intihar faktı qeydə alınıb. Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Cavanşir küçəsi ev 21, mənzil 96 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 70 yaşlı Zakir Vəli oğlu Əliyev yaşadığı evdə damarlarını doğrayaraq intihar edib.

İlkin məlumata görə, Z. Əliyev ağır xəstəlikdən əziyyət çəkirmiş. O, otağın qapısını arxadan bağlayaraq damarlarını doğrayıb. Ailə üzvləri qapını qıraraq içəri daxil olduqda artıq gec olub, Z. Əliyev çoxlu qan itirdiyindən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

***

Digər intihar hadisəsi isə paytaxtın Nizami rayonunda qeydə alınıb. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, 1938-ci il təvəllüdlü Vəli Orucəli oğlu Vəliyev yaşadığı evdə sirkə turşusu içib. Təcilli olaraq xəstəxanaya çatdırılan V. Vəliyevin həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, V. Vəliyev sirkə turşusunu intihar məqsədi ilə içib.

Faktla bağlı araşdırma aparılır.