Bakıda əyləci işləməyən avtobus səkiyə çırpıldı - Foto

bakida-eyleci-islemeyen-avtobus-sekiye-cirpildi
Oxunma sayı: 5349

Bakıda marşrut avtobusu qəzaya uğrayıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Cavadxan və Svetlana Məmmədova küçəsinin kəsişməsində baş verib. “Vətən” MMC-yə məxsus 26 saylı marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu sürücünün idarəetməsindən çıxıb və yolun kənarındakı parkın yaşıllıq zonasının divarına çırpılıb. Hadisə nəticəsində kəsişmədəki svetafora da ziyan dəyib.

Xoşbəxtlikdən səkidəki piyadalar və avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb.

İlkin məlumata görə, qəzaya avtobusun əyləc sisteminin sıradan çıxması səbəb olub.