Bakıda fəhlələr arasında insident- - Fotolar

bakida-fehleler-arasinda-insident-
Oxunma sayı: 6885


İH-dan  "Qafqazinfo"ya bildirilib ki, əslində hadisə məişət zəminində baş verib. Sözügedən tikintidə heç bir aksiya olmayıb, sadəcə fəhlələr yemək növbəsində olarkən azərbaycanlılarla türklər arasında mübahisə düşüb. Fəhlələr arasında insident olub. Faktla bağlı Nərimanov RPİ-nin 18-ci bölməsində araşdırma aparılır.

İcra hakimiyyəti  fəhlələrin bir neçə aydır maaş almaması ilə bağlı xəbərə də açıqlama verib. Bildiriblər ki, həmin tikintidə, ümumiyətlə, əmək haqqı ilə bağlı heç bir problem yoxdur.

Qeyd edək ki, virtualaz.org saytı bu barədə məlumat yaymışdı. Məlumatda qeyd olunurdu ki, “İLK İnşaat” tikinti şirkətinin onlarla işçisi işə çıxmaqdan imtina edərək etiraz aksiyası keçirir və fəhlələr bir neçə aydır maaş ala bilməmələrindən narazıdır.