Bakıda gecə 13 nəfər “zırpaket”dən xəsarət aldı

bakida-gece-13-nefer-zirpaketden-xesaret-aldi
Oxunma sayı: 4085

Səhiyyə Nazirliyi bayram gecəsi "zırpaket"dən xəsarət alanlarla bağlı məlumat yayıb.

"Qafqazinfo"ya daxil olan məlumatda qeyd edilir ki, 31 dekabr-1 yanvar tarixlərində 13 nəfər pirotexniki vasitələrdən xəsarət alaraq Təcili Tibbi Yardıma müraciət edib. Onlardan 8 nəfər xəstəxanalara yerləşdirilib, 4 nəfərə yerində yardım göstərilib, 1 nəfərə məsləhət verilib.