Bakıda görünməmiş vəhşilik - İti maşınla sürüdülər+ Video

bakida-gorunmemis-vehsilik
Oxunma sayı: 1108

Bakıda sürücü və sərnişin iti maşınla sürüyüblər.

“Qafqazinfo” Avtosfer.az-a istinadən xəbər verir ki, “Qazel” markalı, 10 XB 125 dövlət nömrə nişanlı avtomobildə olan sürücü və sərnişin iti yerlə sürüyərkən xanım sürücü onlara etiraz edib.

Xanım sürücü “Qazel”i saxlatdırdıqda məlum olub ki, iti zəncirlə bağlayan sərnişin kabinədə oturaraq heyvanı asfalt üzərində sürüyərək aparır. Buna etiraz edən qadın sürücü onlara irad tutub və iti buraxmalarını tələb edib.

Daha sonra xanımlar hadisə yerinə polis çağırıblar. Hadisənin sonrakı mərhələsi isə videoda əks olunmayıb.

Qeyd edək ki, bu görüntülər sürücünün və onun yanındakı sərnişinin cərimələnməsinə səbəb ola bilər. Belə ki, İnzibati Xətalar Məcəlləsində heyvanların maşınla daşınması qaydasını pozmağa görə 60 manat cərimə nəzərdə tutulur.