Bakıda kafedəki davada iki nəfər bıçaqlandı

bakida-kafedeki-davada-iki-nefer-bicaqlandi
Oxunma sayı: 1924

Bakıda kafedə 2 nəfər bıçaqlanıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Sabunçu rayonu ərazisindəki “Komfort Plaza” kafesində baş verib. Bir qrup şəxs arasında kafedə baş vermiş dava-dalaş zamanı 1992-ci il təvəllüdlü Nihad Məmmədov və 1985-ci ildə anadan olmuş Elçin Süleymanov kəsilmiş-deşilmiş xəsarətlər alıb.

Nihad Məmmədovun xəsarətləri daha ağır olduğundan o, 3 saylı Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Nizam Rza