Bakıda küçəyə Polad Həşimovun adı verildi, yeni park salınır - Fotolar

bakida-kuceye-polad-hesimovun-adi-verildi-yeni-park-salinir
Oxunma sayı: 4605

Xətai rayonunda yerləşən küçəyə Milli qəhrəman, general-mayor Polad Həşimovun adı verilib.

"Qafqazinfo" İcra Hakimiyyətinə istinadən xəbər verir ki, artıq sözügedən küçədə yerləşən parkda yenidənqurma və abadlıq işləri davam edir.

İşlərin ən yaxın günlərdə başa çatdırılması və parkın sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, küçə daha əvvəl Pavel Naximovun adını daşıyıb.