Bakıda mənzildən meyit tapıldı

bakida-menzilden-meyit-tapildi
Oxunma sayı: 8415

Bakının Xətai rayonunda mənzildə meyit aşkar edilib.

“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Xətai rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini aidiyyəti üzrə təhvil veriblər.