Bakıda mənzildən qadın meyiti tapıldı

bakida-menzilden-qadin-meyiti-tapildi
Oxunma sayı: 2721

Bakıda mənzildə qadın meyiti tapılıb.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1937-ci il təvəllüdlü Lalayeva Rəna Heydər qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.