Bakıda “Niva” travmatoloqu vurub öldürdü - Fotolar+ Yenilənib

bakida-niva-travmatoloqu-vurub-oldurdu
Oxunma sayı: 7681

Bakıda avtomobil piyadanı vurub öldürüb. 

“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, yol-nəqliyyat hadisəsi paytaxtın Yasamal rayonunda qeydə alınıb. 

N.Nərimanov küçəsi ilə hərəkətdə olan “Niva” markalı avtomobil yol keçən piyadanı vurub. Şəxsiyyəti məlum olmayan piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Polis faktı araşdırır.  

***

Bakıda “Niva” markalı avtomobilin vurub öldürdüyü piyadanın şəxsiyyəti müəyyənləşdirilib.

Ölən piyada Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkim-travmatoloqu, 1938-ci il təvəllüdlü İsmayılov Nadir İsmayıl oğludur.

Hadisə paytaxtın N.Nərimanov küçəsində baş verib.