Bakıda qətl törədilib.
“Qafqazinfo” xəbər verir ki, Sabunçu Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə Zabrat-2 qəsəbəsi Oktyabr küçəsi 52 ünvanında, məcburi köçkünlərin məskunlaşdığı yataqxanada qeydə alınıb.
Orda məskunlaşmış Füzuli rayonundan olan məcburi köçkün, 16 yaşlı Maarif Eldar oğlu Əliyev anası, 1978-ci il təvəllüdlü Mədinə Qurbanovanı yatdığı yerdə güllələyib.
M. Əliyev polisə könüllü təslim olub.
O, hadisədə istifadə etdiyi, babasına məxsus ov tüfəngini də polisə təhvil verib.
M. Əliyev qətli namus üstündə törətdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
***
Bakıda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. “Report”un məlumatına görə, M.Qurbanovanın əri bir müddət əvvəl arvadından küsərək evdən gedib. Qadın isə başqa kişilərlə görüşüb. Bu barədə M.Əliyevə qonşular məlumat verib. Bundan sonra o, anasını güdməyə başlayıb. Küçədə anasının avtomobildən düşdüyünü görən gənc evdə onunla mübahisə edib. Mübahisə bitdikdən yarım saat sonra M.Əliyev anasına divanda əyləşdiyi yerdə atəş açıb. Atəş səsinə qonşular gəlib.
Qeyd edək ki, M.Qurbanovanın 4 övladı var. M.Əliyev ortancıl oğludur.
***
ARB TV xəbər verir ki, Sabunçu rayonu Zabrat 2 qəsəbəsində 16 yaşlı yeniyetmə anası 37 yaşlı Mədinə Qurbanovanı ov tüfəngi ilə başından atəş açaraq öldürüb.
Qonşular yeniyetməyə qadının xəyanət etdiyi barədə məlumat veriblər. Bundan sonra o, anasını güdməyə başlayıb. Onun başqası ilə danışdığını eşidib, daha sonra anası yatdığı yerdə ona babasına məxsus tüfənglə atəş açıb.
Qətlə yetirilən qadının qayınatası Maarif Əliyev bildirib ki, Mədinənin böyük oğlu internetə girərkən anasının əsgərlikdən yeni gəlmiş gənclə söhbətləşdiyini görüb: "Oğlanı tanımırıq, sonradan şəklini görmüşük. Gəlinim oğlanla sevişirmiş. Oğlan nə deyibsə, bu da deyib ki, mən də səni sevirəm. Deyib ki, Sabunçuda nənəmgilə gələcəm, sən də gəl ora, söhbət edərik. Bunu da Mədinənin oğlu eşidib. Atəş açılanda heç birimiz səsi eşitməmişik. Hamımız evdə olmuşuq".
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Son xəbərlər
Son Xəbərlər