Bakıda “ölümə gedən piyada” kameraya düşdü - Video

bakida-olume-geden-piyada-kameraya-dusdu
Oxunma sayı: 9281

Bakının Nərimanov rayonunda baş vermiş qəzanın görüntüləri yayılıb.

“Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

Belə ki, avtobusdan düşüb yolu təyin olunmamış yerdən qaçaraq keçmək istəyən piyadanı “Tofaş” markalı avtomobilin sürücüsü vurub.

Zərbə nəticəsində piyada hadisə yerində dünyasını dəyişib.

Hadisə ilə bağlı araşdırma aparılır.