Xətai rayonu Əhmədli qəsəbəsində torpaq sürüşməsi baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Vunq Tau küçəsində yerləşən 9 saylı Uşaq Poliklinikasının həyətində qeydə alınıb.
Sürüşmə nəticəsində torpaq qatı poliklinikanın həyətindəki maşının üstünə düşüb.
İlkin ehtimala görə, hadisəyə gecə saatlarında ərazidə yaşıllıqların həddindən artıq suvarılması səbəb olub.
***
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində baş verən sürüşmə hadisəsi ilə bağlı Geoloji Kəşfiyyat Agentliyinin mütəxəssisləri hadisə yerindədir.
Agentliyin idarə heyətinin sədri Əli Əliyevin sözlərinə görə, ərazidə araşdırma və monitorinqlər aparılır, nəticələr barədə məlumat veriləcək.
***
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, Xətai rayonu, Gəncə prospektində yerləşən parkda suvarma üçün istifadə olunan su xətləri Xətai rayon Sukanal İdarəsinə məxsus deyil.
Son xəbərlər
Son Xəbərlər