Avropa zonasında DÇ-2026-ya vəsiqə uğrunda son pley-off qarşılaşmaları dramatik nəticələrlə yekunlaşıb.
“Qafqazinfo” xəbər verir ki, həlledici oyunlar çərçivəsində Türkiyə millisi səfərdə Kosovonu 1:0 hesabı ilə məğlub edərək 24 illik həsrətə son qoyub və mundiala vəsiqəni rəsmiləşdirib.
Gecənin ən böyük sürprizi isə Bosniya və Herseqovinada qeydə alınıb. İtaliya yığması əsas vaxtı 1:1 hesabı ilə başa çatan matçın penaltilər seriyasında rəqibinə 1:4 hesabı ilə uduzaraq növbəti dəfə dünya çempionatından kənarda qalıb.
Qeyd edək ki, digər gərgin qarşılaşmada Çexiya Danimarka ilə 2:2 hesablı bərabərlikdən sonra penaltilər seriyasında 3:2 hesabı ilə qalib gələrək ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi turnirə vəsiqə qazanıb. İsveç isə Polşa ilə məhsuldar keçən oyunda 3:2 hesablı qələbə sevinci yaşayaraq adını iştirakçılar siyahısına yazdırıb.
Son xəbərlər
Son Xəbərlər