Tarixçi alim, şair və tərcüməçi Abbasqulu Ağa Bakıxanovun doğulduğu və uzun illər yaşadığı ev hazırda acınacaqlı vəziyyətdədir.
“Qafqazinfo” xəbər verir ki, tarixçinin Bakının Əmircan kəndində yerləşən və tarixi əhəmiyyət daşıyan tikilinin arxa hissəsi artıq uçub, ev qəzalı hala düşüb.
Məlumata görə, dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, problem həll olunmayıb. Evdə görkəmli maarifçinin 85 yaşlı nəvəsi Elmira xanım yaşayır. Evin hazırkı vəziyyəti isə onun həyatı üçün ciddi təhlükə yaradır.
Tarixi irs kimi qorunmalı olan bu evin baxımsız qalması ictimai narazılığa səbəb olub.Sakinlər bildirir ki, tikilinin bərpası və ya təhlükəsiz şəraitə uyğunlaşdırılması üçün təcili tədbirlər görülməlidir.
Xəbəri rus dilində oxuyun: В Баку разрушается дом Аббасгулу Ага Бакиханова - ВИДЕО
Xatırladaq ki, bundan öncə də Xalq şairi Sabir Rüstəmxanlı A. Bakıxanovun Qubanın Amsar kəndində yerləşən ev-muzeyinin yararsız vəziyyətdə olması ilə bağlı narahatlığını dilə gətirmişdi.
Qeyd edək ki, Abbasqulu ağa Bakıxanov 1794-cü il 21 iyun tarixində Bakı şəhərinin Əmircan kəndində anadan olub. Onun atası II Mirzə Məhəmməd xan Bakı xanları nəslindən, anası Sofiya xanım isə müsəlmanlığı qəbul etmiş gürcü qızı idi. Bakıxanov 8 yaşına qədər Bakıda yaşamış, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa və Balaxanı kəndlərində keçirib.
Son xəbərlər
Son Xəbərlər