“Bizim uşaqlar”ı belə təbrik etdi

bizim-usaqlari-bele-tebrik-etdi
Oxunma sayı: 859

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan milli futbol komandasını 2026-cı il Dünya Çempionatına vəsiqə qazanması münasibətilə təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı sosial media hesabında paylaşım edərək, pley-off mərhələsinin finalında Kosovonu 1:0 hesabı ilə məğlub edən yığmanın uğurunu yüksək qiymətləndirib.

“2026-cı il Dünya Çempionatı pley-off finalında Kosovonu məğlub edərək, final mərhələsinə vəsiqə qazandıqları üçün milli futbol komandamızı, “bizim uşaqlar”ı ürəkdən təbrik edirəm.

24 ildən sonra futbolun bu ən böyük səhnəsində ay-ulduzlu bayrağımızı dalğalandıracaq milli komandamıza Avstraliya, Paraqvay və ABŞ-yə qarşı qrup oyunlarında, daha sonra isə finala çıxmağı ümid etdiyimiz matçlarda uğurlar arzulayıram.

Əminik ki, “bizim uşaqlar” həmişə olduğu kimi, ay-ulduzlu formanı qələbədən qələbəyə daşıyacaq və millətimizi qürurlandıracaq.

Bütün idmançılarımızı alnından öpürəm”, - Türkiyə lideri qeyd edib.