İran vətəndaşlarının ölkəyə girişini qadağan etdilər

iran-vetendaslarinin-olkeye-girisini-qadagan-etdiler
Oxunma sayı: 838

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İran pasportu olan şəxslərin Dubay Beynəlxalq Hava Limanına girişini və tranzit hərəkətini qadağan edib.

“Qafqazinfo”nun xəbərinə görə, bu addım ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları və Tehran administrasiyasının Körfəz ölkələrinə qarşı tədbirləri fonunda atılıb.

“Flydubai” aviaşirkətinin məlumatına görə, BƏƏ İran pasportu olan bütün şəxslərin Dubay hava limanına daxil olmasını və tranzit keçidini dayandırıb.

Eyni zamanda, İran Ticarət Palatasının üzvü Əli Şəriəti iddia edib ki, BƏƏ sərhədləri xaricində olan iranlıların yaşayış icazələrini ləğv edir və ölkə daxilindəki iranlılara BƏƏ-ni tərk etmələri barədə xəbərdarlıqlar göndərir.

Şəriəti bu addımın, əsasən, daşınmaz əmlak, şirkət qeydiyyatı və investisiya vasitəsilə yaşayış hüququ əldə etmiş iranlıların ticarət fəaliyyətinə mənfi təsir göstərə biləcəyini bildirib.

BƏƏ hökuməti hələlik məsələyə rəsmi münasibət bildirməyib.