Bakıda prospektdə sürücülər üçün təhlükə - Video

bakida-prospektde-suruculer-ucun-tehluke
Oxunma sayı: 3107

Bakının Heydər Əliyev prospektində yolun bir hissəsinin asfalt örtüyü dağılıb. Yolda iri dəlik əmələ gəlib və prospektdə hərəkət edən nəqliyyat vasitələri üçün problem yaranıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Yoldan video paylaşan sürücülərdən biri bildirib ki, hərəkətdə olan avtomobil yolun dağılmış hissəsindən keçərkən təkərləri partlayıb. Nəticədə vətəndaşa maddi ziyan dəyib. Xüsusən gecə saatlarında sözügedən ərazidən keçmək avtomobillər üçün təhlükə yaradır. 

Qəza şəraitinə səbəb olan yolla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik. Qurumun mətbuat katibi Anar Nəcəfli sorğumuza cavab olaraq bildirdi ki, problem aradan qaldırılacaq: “Məlumatımız var. Artıq tədbirlər görülür. Qısa müddətə problem aradan qaldırılacaq”.

Gülnar Əliyeva