Bakıda qadının qətlə yetirildiyi otel rəisin imiş

bakida-qadinin-qetle-yetirildiyi-otel-reisin-imis-
Oxunma sayı: 9106


Xəbər verdiyimiz kimi, Bakıda bu gecə məşhur otellərdən birində bir nəfərin ölümü ilə nəticələnən insident baş verib. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həmin otel Gəncənin sabiq polis rəisi, hazırda DİN-in Daxili Tədqiqatlar İdarəsinin rəisi general Rasim Musayevə məxsus “Vulkan” otelidir. Hadisə şahidlərinin sözlərinə görə, oteldə istirahət edən xanımla kişi arasında düşən mübahisə nəticəsində qadın öldürülüb, kişi isə yaralanıb.  

Qeyd edək ki, “Vulkan” otelin adı dəfələrlə priton qalmaqallarında hallanıb.