Bakıda restoranda yanğın olub

bakida-restoranda-yangin-olub
Oxunma sayı: 3164

Bakıda restoranda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 200 m² olan birmərtəbəli restoranın bacasında yağ qalıqları və dam örtüyündə quraşdırılan havatəmizləyici qurğu yanıb. Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 4 m² sahədə əriyib.

Restoranın qalan hissəsi yanğından mühafizə olunub.