Bakıda təcilli yardım maşını qəza törətdi- - Foto

bakida-tecilli-yardim-masini-qeza-toretdi-
Oxunma sayı: 1644


“Qafqazinfo”nun avtolent.az-a istinadən məlumatına görə, hadisə bu gün axşam saat 19.00 radələrində Zabrat-Maştağa yolunda qeydə alınıb. 90 JM 618 dövlət nömrə nişanlı təcilli tibbi yardım avtomobili "VAZ-21099" markalı minik maşını ilə toqquşub. Nəticədə bir nəfər yüngül xəsarət alıb.

Qəzadan sonra "VAZ-21099" markalı maşın hadisə yerindən uzaqlaşıb. Hadisə baş verən zaman təcilli yardım maşınında xəstə olub. Həmin xəstə hadisə yerinə gələn başqa bir təcilli yardım maşını ilə xəstəxanaya aparılıb.