“Barselona” udsa da, mərhələ keçə bilmədi - Video-Yenilənib

barselona-udsa-da-merhele-kece-bilmedi
Oxunma sayı: 4946

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk iştirakçıları bəlli olacaq.

“Qafqazinfo” xəbər verir ki, həmin komandaların adına 1/4 final mərhələsinin cavab görüşlərində aydınlıq gələcək.

İlk oyun günündə 2 qarşılaşma baş tutacaq. İspaniya klublarının duelində “Atletiko” “Barselona”nı qəbul edəcək. Madrid təmsilçisi səfərdəki ilk matçda rəqibini 2:0 hesabı ilə məğlub edib.

***

Matç başladı.

***

Lamin Yamal 4-cü dəqiqədə komandasını önə keçirir.

***

Ferran Torres 24-cü dəqiqədə fərqi artırır.

***

Ademola Lokman 31-ci dəqiqədə komandasının ilk qolunu vurur.

***

Fasilə.

***

İkinci hissə başladı.

***

Ferran Torres 55-ci dəqiqədə rəqib qapısına yol tapsa da, qol ofsayd səbəbindən ləğv olunur.

***

Erik Qarsiya 79-cu dəqiqədə sərt oyuna görə qırmızı kart alaraq, meydandan qovulur.

***

Matç başa çatdı. “Barselona” rəqibi üzərində 2:1 hesablı qələbə qazansa da, ümumi hesabda (3:2) madridlilər öndə olduğu üçün Kataloniya təmsilçisi mübarizəsini 1/4 finalda dayandırdı.