Bakıda tələbə qız intihar etdi - Fotolar

Bakıda tələbə qız intihar etdi
Oxunma sayı: 8770

Bakıda intihar hadisəsi baş verib.

"Qafqazinfo"nun "Report"a istinadən məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Nağıyeva Günel Bəhram qızı özünü Ceyhun Hacıbəyli və Həsən Əliyev küçələrinin kəsişməsindəki binanın 18-ci mərtəbəsindən atıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, G.Nağıyeva Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbəsidir. Hadisə ilə bağlı əraziyə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin və Nərimanov Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır. 

***

Azərbaycan Dövlət Pedaqoji Kollecinin sosial media üzrə mütəxəssisi Aynur Məmmədli “Qafqazinfo”ya bildirib ki, intihar edən tələbə sözügedən kollecdə təhsil almır: “Bizim elə adda tələbəmiz yoxdur”.






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi