Bakıda tikilməkdə olan göydələn yandı - Video + Yenilənib

bakida-tikilmekde-olan-goydelen-yandi
Oxunma sayı: 14707

Bakıda 8-ci mikrorayonda, “Bolluq bazarı”nın yerində tikilən hündürmərtəbəli bina yanır.

“Qafqazinfo” xəbər verir ki, yaşayışın olmadığı və tikintisi davam edən binada yanğın üst mərtəbələrdə başlayıb.

Hazırda yanğının söndürülməsi üçün əraziyə çoxlu sayda yanğınsöndürən maşın cəlb edilib.

Hadisənin səbəbi bilinmir.

Qeyd edək ki, bina “Pramida” MTK tərəfindən tikilir.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda tikilməkdə olan hündürmərtəbəli binada baş vermiş yanğınla bağlı məlumat yayıb.
 
Bildirilir ki, yanğın binanın yuxarı mərtəbəsində baş verib.
 
Hazırda FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir.

Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.

***

FHN-dən verilən məlumata görə, Binəqədi rayonunda tikintisi başa çatmamış 12 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində quraşdırılmış taxta qəliblər 480 kvadratmetr sahədə yanıb.

Taxta qəliblərin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğın bölmələri tərəfindən söndürülüb.