Bakıda tuneldə “Prado” aşdı - Foto

bakida-tunelde-prado-asdi
Oxunma sayı: 3917

Bu gün səhər saatlarında Sabunçu rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Novxanı-Bilgəh yolunun Pirşağıdan keçən hissəsindəki tuneldə “Toyota Prado” markalı avtomobil aşıb.

Yağış səbəbindən sürüşkənləşmiş yolda idarəetmədən çıxan minik avtomobili tunelin divarına çırpılıb və bir qədər süründükdən sonra aşıb.

Hadisə nəticəsində sürücünün ağır xəsarət aldığı bildirilir.