Bakıda XII sinifdə təhsil alan şagirdlərin sayı açıqlandı

bakida-xii-sinifde-tehsil-alan-sagirdlerin-sayi-aciqlandi
Oxunma sayı: 3290

Bakı Şəhəri üzrə Təhsil İdarəsin​in tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.

Bu barədə BŞTİ-nin Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib.

Qurumun tabeliyindəki məktəblərdə 467 722 şagirdin təlim-tərbiyəsi ilə 28 226 müəllim məşğul olur.

İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 46 479, IX siniflərində 35 452, XI siniflərində 23 677, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 134 nəfər təhsil alır.