Bakıda yanğın oldu, 1 nəfər yaralandı

bakida-yangin-oldu-1-nefer-yaralandi
Oxunma sayı: 750

Paytaxtın Nərimanov rayonunda yanğın baş verib. 

Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, ümumi sahəsi 100 m² olan polietilen istehsalı sexində karton tullantıları 4 m² sahədə yanıb, yüksək temperaturdan lambirindən ibarət tavan 4 m² sahədə əriyib. 

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Sex və orada olan dəzgahlar yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.