Bakıda yaşayış binasında yanğın olub - Video

Bakıda yaşayış binasında yanğın olub
Oxunma sayı: 11053

Bakının Xətai rayonunda yaşayış binasında yanğın başlayıb.

"Qafqazinfo" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə, Xətai rayonu, S.Vəzirov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. 

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

**

Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 17 ünvanında çoxmərtəbəli yaşayış binasında baş verən yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə "Qafqazinfo" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi