Bakıda yaşayış binasındakı yanğın söndürüldü - Fotolar+Yenilənib

bakida-yasayis-binasindaki-yangin-sonduruldu
Oxunma sayı: 3755

Bakı şəhəri, Nərimanov rayonu, İbrahim Paşa Dadaşov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğınsöndürmə və sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təxliyyə tədbirləri həyata keçirilir.

Fotolar: APA

***

FHN-in məlumatına görə, Bakı şəhəri, Nərimanov rayonu, İbrahim Paşa Dadaşov küçəsində yerləşən onmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən saat 02:55-də söndürülüb.