Bakıda yaşayış evində yanğın - Video+Yenilənib

bakida-yasayis-evinde-yangin
Oxunma sayı: 3987

Bakıda fərdi yaşayış evində yanğın baş verib.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi 33 ünvanında qeydə alınıb.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub.

***

Yasamal rayonunda fərdi evdə baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya verilən xəbərə görə, Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 55 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və içərisindəki ev əşyaları yanıb.Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.