Bakıda zəncirvari qəza - 3 avtobus toqquşdu+Video

bakida-zencirvari-qeza
Oxunma sayı: 1729

Bu gün paytaxtın Yasamal rayonu ərazisində marşrut avtobuslarının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Müzəffər Həsənov küçəsində - metronun “20 Yanvar” stansiyasının qarşısında 3 avtobus toqquşub.

Belə ki, “Bakubus”a məxsus olan 14 saylı xəttin BYD, 194 saylı xəttə məxsus olan “KingLong” və 159 saylı xətt üzrə işləyən “İsuzu” markalı avtobuslar bir-birinə çırpılıb.

Hadisə nəticəsində ciddi xəsarət alan olmasa da nəqliyyat vasitələrinə xeyli ziyan dəyib.